Rusiya hərbçiləri zirehli maşınlarla Ağdam yaxınlığında monitorinq keçirdi... — VİDEO

QARABAĞ 19 noy 2021, 11:16
“Rusiya sülhməramlı kontingentinin hərbçiləri mobil patrul qruplarının tərkibində Dağlıq Qarabağda ümumi istifadədə olan yollarda və keçilməz torpaq yollarda müasir zirehli “BTR-82A”  transportyorları və “KamAZ” avtomobilləri ilə uzun kilometrlik marş ediblər. Rusiya sülhməramlıları təmas xətti boyunca patrul xidməti həyata keçirərkən atəşkəs rejiminə riayət olunmasına nəzarət edir, havadakı vəziyyəti müşahidə edir və yerli sakinlərlə sorğular aparır”.
 
Demokrat.az xəbər verir ki, bu, Moskva vaxtilə səhər saat 05:00-da Rusiya MN-in  rəsmi saytında yayılmış məlumatdandır.
 
“Bu gün biz tərəflərin təmas xətti boyunca Əsgəran rayonunda(keçmiş – 1991-ci ildən Xocalı rayonuna daxildir) monitorinq həyata keçirir, təhlükəsizliyin təmin edilməsi çərçivəsində vəziyyətə nəzarət edirik. Biz vaxtaşırı yaşayış məntəqələrində dayanır, yerli sakinlərlə sülh sazişinin pozulub-pozulmaması barədə danışırıq”, -  deyə  Rusiya hərbi kontingentinin nümayəndəsi Andrey Kasyanov bildirib.
 
Qeyd edək ki, video-görüntülərdən də bəlli olduğu kimi, Rusiya hərbçiləri 1-ci Qarabağ savaşında qaynar döyüşlərin məkanı olmuş, dəfələrlə əldən-ələ keçmiş, uğrunda neçə-neçə şəhidlər verdiyimiz Xocalı rayonunun Pirlər (“Xramort”) kəndi və yəqin ki, yaxınlıqdakı Xanabad kəndi ərazisində patrul  xidməti göstəriblər.
 
Onu da xatırladaq ki, Pirlər  kəndi  Ağdam rayonu ilə sərhəddən təxminən  700 -1500 metr,  həmin rayonun Əhəmavar kəndindən təxm. 3 km, Ağdam şəhərindən isə 4-5 km məsafədə yerləşir...(moderator.az)


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top