Maşın vuran 17 yaşlı qızın ayağı sındı

HADİSƏ 19 noyabr 2021, 08:43
Qəbələ rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Demokrat.az xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

2004-cü il təvəllüdlü Babayeva Jalə Ağakərim qızı yolu keçərkən onu avtomobil vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə əvvəlcə rayon mərkəzi xəstəxanasına çatdırılıb. Daha sonra o, Bakıda yerləşən xəstəxanaların birinə gətirilib.

Müayinə zamanı ona sağ bazu sümüyünün yerdəyişən sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 iyul 2025, 22:58
Top