Hadisə

Bakıda 5 məktəb onlayn təhsilə keçdi

Bakıda 5 məktəb onlayn təhsilə keçdi

Formula 1 üzrə Azərbaycan Qran-Prisinin keçirilməsi ilə əlaqədar bu gündən Bakı şəhərində bəzi məktəblər onlayn təhsilə keçib.

Demokrat.az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) məlumat yayıb.

Bildirilib ki, Bakı Şəhər Halqasının əhatə etdiyi prospekt və küçələrdə nəqliyyatın hərəkətinin 2026-cı il 22-27 sentyabr tarixlərində məhdudlaşdırılacağını nəzərə alaraq, 5 ümumi təhsil müəssisələrində tədris distant (məsafədən) formada təşkil ediləcək.

Tofiq İsmayılov adına 6 nömrəli lisey, Kərim Kərimov adına 8 nömrəli tam orta ümumtəhsil məktəbi, Tahir Həsənov adına 23 nömrəli tam orta ümumtəhsil məktəbi, 132-134 nömrəli lisey və İlyas Əfəndiyev adına Elitar gimnaziyada 2026-cı il 22-26 sentyabr tarixlərində tədris distant formada təşkil ediləcək.

Xatırladaq ki, Formula 1 Azərbaycan Qran-Prisi zamanı yarışla əlaqədar müəyyən ərazilərdə nəqliyyat məhdudiyyətləri də tətbiq olunur.

Demokrat.az

D
demokrat.az