Narkotikə görə ifşa edilən mütəşəkkil cinayətkar dəstələrin sayı açıqlandı

KRİMİNAL 18 noy 2021, 16:05
Bu il Azərbaycanda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 311 mütəşəkkil cinayətkar dəstənin üzvləri ifşa edilib.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin inspektoru, polis mayoru Anar Qafarov bildirib.

O deyib ki, 2021-ci ilin 10 ayı ərzində polis əməkdaşları tərəfindən ümumilikdə 4 481 nəfər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduqları üçün məsuliyyətə cəlb edilib.

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top