“Saakaşvili aclıq aksiyasını davam etdirir"

GÜNDƏM 14 noy 2021, 13:58

Aclıq aksiyasının 44-cü günündə Gürcüstanın həbsdə olan eks-prezidenti Mixeil Saakaşvili xeyli zəifləyib və yataqdan qalxa bilməyib.

Bu barədə jurnalistlərə siyasətçinin şəxsi həkimi Nikoloz Kipşidze məlumat verib:

“Saakaşviliyə baş çəkdim. Eks-prezident çarpayıdan qalxa bilmədi".

Kipşidzenin sözlərinə görə, hazırda Gürcüstanın üçüncü prezidenti həbsxana xəstəxanasının baş həkiminin nəzarəti altındadır. 

O əlavə edib ki, Saakaşvili aclıq aksiyasını davam etdirir, lakin eyni zamanda həyati parametrləri saxlamaq üçün zəruri olan dərmanların qəbulunu bərpa edib.

Gürcüstan Ədliyyə Nazirliyinin Xüsusi Penitensiar Xidməti Saakaşvilinin vəziyyətinin stabil olduğunu bildirir./ yenisabah.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top