Türkiyə millisi rəqibini darmadağın edərək 2-ci yerə yüksəldi

İDMAN 13 noy 2021, 22:59
Futbol üzrə Türkiyə millisi Dünya Çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Demokrat.az
-ın xəbərinə görə, "ay-ulduzlular" qrupun autsayderi Cəbəllütariq yığmasına böyük hesabla qalib gəlib (6:0). Hər hissədə üç qol vuran Türkiyə, xallarının sayını 18-ə çatdırıb. Eyni vaxtda başlayan "Norveç-Latviya" matçında hesab açılmayıb (0:0). Bu nəticə daha çox Türkiyə millisinə sərf edib.

Bu nəticələrdən sonra turnir cədvəlinin lideri Niderlanddır. Türkiyə və Norveç hərəyə 18 xalla 2-ci və 3-cü yerləri bölüşürlər. Niderland rəqiblərindən bir oyun az keçirib.

Qeyd edək ki, qrup mərhələsində ilk iki yeri tutan komandalar gələn il Qətərdə baş tutacaq Dünya Çempionatına vəsiqə qazanacaq.

Zamiq
Demokrat.az



 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top