Hərbçilər məzuniyyətə çıxarkən iki aylıq maaşı müavinət kimi verilsin — TƏKLİF

DAXİLİ SİYASƏT 13 noy 2021, 22:46
Hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hər il növbəti məzuniyyətə çıxarkən, onlara əlavə olaraq iki aylıq vəzifə maaşı məbləğində müavinət verilməsi təklif olunur.

APA-nın məlumatına görə, bu, “Hərbi qulluqçuların statusu haqqında” yeni qanun layihəsinin ilkin variantında əksini tapıb.

Eyni zamanda hərbi qulluqçuların ailə üzvləri və himayəsində olan şəxslərlə birlikdə respublika ərazisində növbəti məzuniyyət keçirdikləri yerə gedib-gəlmək üçün çəkdikləri nəqliyyat xərcləri təsdiqedici sənədlər (taksidən başqa) əsasında onlara ödəniləcək.

Qüvvədə olan qanuna əsasən, hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) hər il növbəti məzuniyyətə çıxarkən onlara əlavə olaraq bir aylıq vəzifə maaşı məbləğində pul təminatı verilir.


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top