Azərbaycan vətəndaşlarının üstünlük verdiyi avtomobillər — SORĞU

AVTO 13 noy 2021, 18:54
Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, cari ilin yanvar-sentyabr aylarında Azərbaycana 64 min 954 avtomobil idxal olunub ki, bu da ötən dövrlə müqayisədə 40,5 faiz çoxdur. 

Bunu nəzərə alaraq, Media Təhlil Mərkəzi (MTM) vətəndaşların avtomobillərə olan marağını öyrənmək məqsədilə oktyabrın 26-30-da sorğu keçirib.

Mərkəzdən bildirilib ki, sorğuda iştirak edən 500 respondentin 37 faizini qadınlar, 63 faizini kişilər təşkil edib. Üç variant seçmək imkanına malik olan respondentlər “Avtomobil alarkən nəyə üstünlük verirsiniz?” sualına cavab veriblər. Cavaba əsasən respondentlərin 48 faizi qiymətə, 41 faizi yanacaq sərfiyyatına, 35 faizi istehsal ilinə, 25 faizi xarici görünüşünə (rəng və sair), 25 faizi komfortlu olmasına, 23 faizi texniki təchizatına, 21 faizi, təhlükəsizlik baxımından etibarlılığına, 21 faizi mühərrikin gücünə, 15 faizi hansı ölkədə istehsal olunmasına, 15 faizi marka/modelin prestijli olmasına, 13 faizi usta məsləhətinə, 3 faizi sərnişin oturacaqlarının sayına üstünlük verir. 33 faiz respondent isə avtomobilinin olmadığını bildirib.

Sorğunun nəticələrinə əsasən məlum olub ki, respondentlərin 30 faizi avtomobilini satış üzrə vasitəçilərin köməyi ilə əldə edib. Cavab verənlərin 10 faizi markanın ölkəmizdəki rəsmi təmsilçisindən aldığını, 7 faizi xarici ölkədən gətirdiyini, 53 faizi avtomobilinin olmadığını qeyd edib.

Sorğu iştirakçılarının 26 faizi avtomobili öz vəsaiti hesabına, 17 faizi kredit, 3 faizi lizinq yolu ilə aldığını söyləyib. Cavab verənlərin 54 faizi “Avtomobilim yoxdur” variantını seçib.

Respondentlərin 25 faizi hesab edir ki, avtomobil 150-200 min kilometr yürüş məsafəsindən sonra yenilənməlidir. Sorğu iştirakçılarının 25 faizi “250 min kilometrdən çox”, 17,8 faizi “100-150 min kilometr”, 17,8 faizi “200-250 min kilometr”, 14,4 faizi isə “100 min kilometr” cavabını seçib.







Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top