Yeniyetməni maşın vurdu

HADİSƏ 12 noy 2021, 23:48

Zaqatalada 13 yaşlı yeniyetməni avtomobil vurub.

"Qafqazinfo"nun məlumatına görə, hadisə bu gün axşam saatlarında Zaqatala-Muğanlı avtomobil yolunun Yuxarı Tala kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, rayonun Yuxarı Tala kənd sakini, 2008-ci il təvəllüdlü Beydullayev Qurban Vüqar oğlu “Mercedes” markalı minik avtomobili tərəfindən vurulub.

Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan Q.Beydullayev Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yaralının vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top