Mehriban Vəliyeva: “İstilik problemi məktəblərdə davamiyyətin aşağı düşməsinə səbəb olub”

SOSİAL 12 noy 2021, 13:42
Bakı Şəhəri üzrə Təhsil İdarəsi paytaxt məktəblərində istilik probleminin şagirdlərin dərsə davamiyyətinə təsiri məsələsinə münasibət bildirib.

Demokrat.az xəbər verir ki, İdarə müdiri Mehriban Vəliyeva jurnalistlərə açıqlamasında istiliklə bağlı problemin məktəblərdə davamiyyətin aşağı düşməsinə nisbətən təsir etdiyini deyib.

O qeyd edib ki, məktəblərdə davamiyyətin aşağı düşməsinin səbəbləri müxtəlifdir: "İstilik yeganə səbəb deyil. Növbəti həftənin bazar ertəsindən etibarən məktəblərdə istilik təmin olunacaq. Şagirdlər də isti məktəblərdə təhsilllərini davam etdirə biləcəklər".

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top