"Azərbaycan xalqından üzr istənilməsi Rusiya hərbi-siyasi rəhbərliyindən rəsmən tələb edilməlidir"

GÜNDƏM 12 noyabr 2021, 00:11
Rus ordusunun Azərbaycan ərazisində, Xocalıda ucaltdığı bu heykəlin bir mənası var. 

Bunu Müsavat başqanı Arif Hacılı "facebook" səhifəsində yazıb:

"Rus əsgəri vəhşi ordumuzdan və qaniçən xalqımızdan məsum erməni körpəsini xilas edir. Xocalıda 63-ü uşaq, 106-sı qadın olmaqla azı 613 nəfər dinc sakinin qətlə yetirilməsində 366-cı motoatıcı diviziyası ilə birbaşa iştirak edən rus ordusunun Qarabağa, həmçinin Xocalıya "sülhməramlı" adı ilə dəvət edilməsinin başqa nəticəsi də ola bilməzdi. Ordumuza və xalqımıza qarşı təhqir olan bu abidə dərhal götürülməli, yol verilən əndazəsiz həqarətə görə Azərbaycan xalqından üzr istənilməsi Rusiya hərbi-siyasi rəhbərliyindən rəsmən tələb edilməlidir"

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top