Araik Arutyunyan əhalini fərdi silahlanmağa çağırdı

REGİON 10 noy 2021, 22:05

Xankəndidə qanunsuz fəaliyyət göstərən separatçı-terrorçu rejimin başçısı Araik Arutyunyan yerli əhalini silahlanmağa çağırıb.

 A.Arutyunyan bildirib ki, bölgədə yaranmış gərginlik əhalinin fərdi şəkildə silahlanmasını zəruri edir. O bunun üçün silah saxlamaq haqqında "qanuna" dəyişikliklər olunacağını bildirib.

Rusiya prezidenti Vladimir Putinə minnətdarlıqla yekunlaşan müraciətdə Araik "Rusiya Federasiyasının sülhməramlı kontingentinin verdiyi hərbi-siyasi təminatlardan istifadə edərək, əhalinin təhlükəsizliyini ardıcıl surətdə yaxşılaşdırmaq üçün mümkün olan hər şeyi edəcəyik", - deyə qeyd edib. /yenisabah

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top