“Büdcə gəlirlərini artırmaqdan ötrü korrupsiyaya, monopoliyaya qarşı mübarizə gücləndirilməlidir" — Deputat

GÜNDƏM 10 noy 2021, 19:39
“Büdcə gəlirlərini artrmaqdan ötrü korrupsiyaya, monopoliyaya, kölgə iqtisadiyyatına qarşı mübarizə gücləndirilməlidir”      
 
Bunu Millət vəkili, İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbri Əli Məsimli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2022-ci ilin büdcə zərfinin müzakirəsi zamanı deyib.
       
Əli Məsimli bildirib ki, büdcə gəlrlərinin neft pulları hesabına doldurmaq səylərinin riskləri getdikcə artacaqdır. Eyni zamanda  rüsumlar və sair bu qəbildən olan mənbələr hesabına da büdcəni doldurmaq mümükünsüz olduğundan,bu yol da perspektivsizdir və gəturdiyi faydadan qat-qat çox ictimai narazılıq yaradır. Büdcə gəlirlərini artrmaqdan ötrü korrupsiyaya,monopoliyaya,kölgə iqtisadiyyatına  qarşı mübarizə gücləndirilməlidir. Korrupsiya, monopoliyaya və kölgə iqtisadiyyatı ilə sistemli mübarizənin gücləndirilməsi istqamətində təsirli tədbirlər görülmədən qarşıdakı illərdə iqtisadi fəaliyytin səmərəlilyinin ısaslı surətdə yüksəkldilməsi və büdcə gəlirlərinin əhəmiyyətli dərəcədə artırılmasına nail olmaq mümkün olmayacaq. Eyni zamanda sözün əsl mənasında   nəticə əsaslı büdcəyə nail olmaqdan ötrü xərclərin keyfiyyət baxımından qiymətləndirilməsi aparılmalıdır.  
           
Əli Məsimli  qeyd edib ki, dünyada qiymətlərin  artımının tüğyan etdiyi bir  dönəmdə hökümətin iqtisadi siyasətundə antiinflyasion tədbir və rıçaqlar əsas yer tutmalııdr.Lakin biz bunu dövlətin əsas maliyyə sənədi olan büdcədə görmürük.2022-ci ilin büdcəsində kəsiri 3063 milyon manat proqnozlaşdırılıb ki, bu da gələn ilin ÜDM-nin 3 faizi səviyyəsindən çox  olduğundan, inflasiya törədə bilən məbləğdir. Digər tərəfdən bu ilin büdcəsinin icrasının gedişindən, 3116 milyon manat kəsiri proqnozlaşırılan büdcənin bu ilin 9 ayında 159 milyon manat  profisindən  çıxış edərək demək olar ki,2022-ci ilin büdcəsində də 3 milyard manatlıq kəsir olmayacaq. Belə bir şəraitdə büdcə kəsirinin örtülməsi üçün özəlləşdirmədən daxilolmalar və dövlət  büdcəsinin  vahid  xəzinə hesabının qalığı tamamailə yetərli olacaq. Bu halda əlavə borclamaya gedilməsi nə ilə əlaqdardır? Ədətən bu sualın standart cavabı belədir ki, bunun qiymətli kağızlar bazarının inkişafına təsiri var.Həmin faktora görə məqbul səviyyədə büdcə kərininin olmasını,onun bağlanması üçün borclamaya gedilməsini biz həmişə dəstəkləmiik.Amma bir araşdırma aparılsa,həmin üsullarla dövriyyyə buraxılan əslində xeyli dərəcədə donmuş kapitala çevrilən həmin istiqrazların qiymətli kağızlar bazarının inkişafına elə bir təsiri olmayıb və bu üsul olduğu kimi davam etdirilərsə, olmayacaq da...
 
Əli Məsimli onu da əlavə edib ki, Maliyyə Nazirliyi çox geniş miqyaslı istiqamətlərin maliyyələşdirilməsində dövlət borclamalarından daha aktiv istifadə etmək istıyir. Fikrimizcə dövlət borclamalarından daha aktiv yox, səmərəli istifadə etməkdən söhbət getməlidir. Bu masələdə dərin araşdırmalar aparmadan,orta müddətli dövrdə əlavə nə qədər borc yaradacağı haqda heç bir əsaslandırma təqdim edilmədən, sadəcə real ehtiyac olmadan borclamaya getmək,bir tərəfdən orta müddətli vadədə büdcədən dövlət borcuna xidmət xərclərini nə qədər artıracaq? İkincisi, bu addım Dövlər Neft Fondunun gələcək nəsillərə saxlanılması nəzərdə tutulan hissəsinin də bir qisminin orta perspektivdə boşuna xərclənməsinə gətirib çıxarmayacaqmı? Bu cür suallar ətrafında əlavə araşdırmalar aparılmlıdır.
       
Əli Məsimli  çıxışının sonunda büdcəyə nəzarətdə Milli Məclisin rolunun artırılması və maliyyə idarəetmə sistemindı köklü islahatların, o cümlədən ciddi institusional dəyiiklərin həyat keçirilməsini təklif edib./moderator.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top