Azərbaycanda vurulan birinci doza vaksinlərin sayı 5 milyonu ötdü

SOSİAL 10 noy 2021, 16:47
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 12 403 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Demokrat.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 086, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 998, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 6 319 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 941 341, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 001 669, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 442 475, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 497 197 təşkil edir.



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top