Salyanda Zəfər Gününə həsr olunan kikboksinq üzrə rayon birinciliyi keçirildi — FOTOLAR

İDMAN 10 noy 2021, 11:37
Noyabrın 9-da Salyan rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Salyan şəhər 20 Yanvar küçəsində yerləşən “Kikboksinq” idman klubunda karantin rejiminin qaydalarına riayət edilməklə Salyan şəhidlərinin əziz xatirəsini yad etmək, rayonda kikboksinq idman növünün kütləviliyinin artırılması və perspektivli idmançıları aşkar etmək məqsədi ilə Zəfər Gününə və Salyan Şəhidlərinin əziz xatirəsinə həsr edilmiş kadetlər, yeniyetmələr və gənclər arasında kikboksinq idman növü üzrə rayon birinciliyi keçirilib.

Demokrat.az xəbər verir ki, ilk öncə Azərbaycan Respublikasının dövlət himni səsləndirildi və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov çıxış edərək bildirib ki, Müzəffər Ali Baş Komandan Prezident cənab İlham Əliyevin rəhbərliyi altında başlayan 44 günlük Vətən müharibəsi rəşadətli Azərbaycan Ordusunun böyük qələbəsi ilə başa çatıb. Ali Baş Komandan Prezident cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi, qəhrəman əsgər və zabitlərimizin canı-qanı bahasına qazanılmış bu şərəfli qələbə xalqın milli qürurunu, özünə güvənini, inamını qaytarıb. Torpaqlarımızı erməni tapdağından azad edərkən şəhid olmuş əsgərlərimizə Allahdan rəhmət diləyirik.

Sonra Salyan “Kikboksinq” idman klubunun direktoru Rahil İsgəndərov çıxış edərək bildirib ki, milli-mənəvi birliyimiz, Vətən oğullarının doğma el-obaya sədaqəti, mərdliyi və mətinliyi 44 günlük müharibədə özünü bariz şəkildə göstərib. Qələbə əzmi milli birliyimizi gücləndirib, hər birimizdə sarsıl¬maz inam hissi yaradıb, Vətənin keçmişi, bu günü və gələcəyi qarşısında ictimai məsuliyyət duyğusunu yüksəldib. İndiki və gələcək nəsillər bu Qələbənin əzəmətini, Azərbaycana hansı böyük müvəffəqiyyətlər qazandırdığını daim xüsusi qürur və fəxarətlə anacaqlar.

Daha sonra Zəfər Günü münasibəti ilə Vətən müharibəsi Qazisi  kikboksinq  idman növü üzrə 3 qat Azərbaycan birincisi, muay-tay üzrə Azərbaycan çempionu Niftizadə Muhəmmədəli Kərim oğlu Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov tərəfindən Salyan rayon Gənclər və İdman İdarəsinin diplomu ilə təltif olunub.

Sonra yarışa start verilib. Maraqlı idman mübarizəsi şəraitində keçən birinciliyin sonunda qaliblər Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov tərəfindən diplom və medallarla təltif olunublar.

Bir 6 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 7 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 4 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 3 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 3 nəfər, ayaqüstə duran insanlar, içəridə və bunu deyən yazı "DİPLOM Azarbaycan Respublikası Ganclar GanavNir İdman Nazirliyi Salyan ayon Ganclar va İdmani Idarasi" şəkili ola bilərBir 3 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 3 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 2 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 3 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 3 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 3 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 3 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 3 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 4 nəfər, ayaqüstə duran insanlar, içəridə və bunu deyən yazı "Reebok Azarbaycan Respublikası Ganclar Idman Nazirliyi Salyan rayon Ganclar va Idman İdarasi" şəkili ola bilərBir 4 nəfər, ayaqüstə duran insanlar, içəridə və bunu deyən yazı "TOK Azarbaycan Respublikası Ganclarv İdmanNazirliyi Nazirliyi Salyan rayon Ganclar va İdman Idarasi" şəkili ola bilərBir 3 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 3 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 3 nəfər, ayaqüstə duran insanlar, içəridə və bunu deyən yazı "S Azarbaycan Respublikası Ganclar İdman Nazirliyi Salyan rayon Ganclar va İdman İdarasi" şəkili ola bilərBir ‎3 nəfər, ayaqüstə duran insanlar, içəridə və ‎bunu deyən yazı "‎ر 1 1 Azarbaycan Respublikası Ganclar dman Nazirliyi Salyan rayon Ganclar a Idman İdarasi‎"‎‎ şəkili ola bilərBir 2 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 2 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top