Türkiyədə qəza: ölənlər və yaralananlar var

REGİON 10 noy 2021, 00:02

Türkiyənin Kocaeli vilayətinin Çayırova rayonunda şagirdləri aparan xidməti mikroavtobus dərəyə aşıb. Hadisə nəticəsində biri məktəbli olmaqla, iki nəfər həlak olub, 20 nəfər yaralanıb. Yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.

İlkin məlumata görə, hadisə sürücünün idarəetməni itirməsi nəticəsində baş verib.

Hadisə ilə bağlı açıqlama verən Kocaeli valisi Seddar Yavuz ətraf rayonlardan hadisə yerinə çox sayda təcili tibbi yardım avtomobillərinin çağırıldığını bildirib.

Faktla bağlı araşdırma aparılır.

Demokrat.az 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top