Qaxda qaydaları pozan sürücülər cərimələnib — FOTO

SOSİAL 07 noy 2021, 16:58
Şəhərin küçə və prospektlərində dayanma-durma qaydalarının düzgün təmin edilməsi ilə əlaqədar Qax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən növbəti nəzarət-profilaktik tədbirlər keçirilib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, keçirilən tədbirlər zamanı müəyyən edilməyən yerlərdə nəqliyyat vasitələrini saxlayan, həmçinin avtobus dayanacaqlarını və piyada səkilərini zəbt edən sürücülər aşkarlanıb və yol verdikləri qayda pozuntuları onlara izah olunub. Həmin sürücülər barəsində qanunvericiliyə uyğun inzibati tənbeh tədbirləri görülüb.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
29 noy 2021, 18:28
Top