Kürün səviyyəsi minimum həddən aşağı düşdü — Ekoloji fəlakət xəbərdarlığı

SOSİAL 07 noy 2021, 14:30
Salyanda Kür çayında suyun səviyyəsi xeyli aşağı düşüb.

"Report”un Aran bürosunun məlumatına görə, son günlər çayda suyun səviyyəsinin sürətlə azalması müşahidə olunur. Təkcə son 10-15 gündə Kür çayında suyn səviyyəsi 1 metrdən çox azalaraq minimum həddən də aşağı düşüb. Bu da sahilboyu quraşdırılımış su nasoslarının tam gücü ilə işləməsində və əkin sahələrinin suvarılmasında çətinliklər yaradıb.

Hazırda Kürlə mühafizə bəndləri arasında məsafənin hündürlüyü 10 metrə yaxınlaşıb. Mütəxəssislər hesab edir ki, vəziyyət belə davam etsə, gələcəkdə ekoloji fəlakət yarana bilər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top