Dövlət əmlakları üzrə icarə haqları və minimum tariflər artırılır

MALİYYƏ 05 noy 2021, 15:39
Gələn il Azərbaycanda dövlət büdcəsi gəlirlərinin 16 milyon manatı və yaxud 0,1%-i dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar hesabına təmin ediləcək.

Demokrat.az xəbər verir ki, bu məsələ "2022-ci il icmal büdcə zərfi haqqında” qanun layihəsində əksini tapıb.

Sənədə əsasən, bu, bu ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 45,5% çoxdur.

Kəskin artıma səbəb gələn il dövlət əmlakları üzrə icarə haqlarının, eləcə də minimum tariflərin artırılmasıdır.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top