Kürdəmirdə qadının çəkiclə qətlə yetirilməsi ilə bağlı rəsmi məlumat

SOSİAL 04 noy 2021, 19:36
6 avqust 2021-ci ildə 1960-cı il təvəllüdlü Xanımqız Bədəlovanın Kürdəmir şəhəri, Soltan Şıxəliyev küçəsində yerləşən evində üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi faktı ilə bağlı Kürdəmir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaqın davam etdirilməsi Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.

Bu  barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında deyilir.

Bildirilib ki, prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilmiş kompleks istintaq hərəkətləri, o cümlədən, əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, zərərçəkmiş şəxslə uzaq qohumluq əlaqəsi olan Rəfael Cəfərov 5 avqust 2021-ci ildə Xanımqız Bədəlovanın evinə gələrək, öz cinayətkar niyyətini həyata keçirmək məqsədilə sonuncunun yatmasını gözləyib, Xanımqız Bədəlovanın yatdığına əmin olduqdan sonra çəkiclə onun baş nahiyəsinə çoxlu sayda zərbələr endirərək qəsdən öldürüb və zərərçəkmişin çantasında olan 115 manat məbləğində pulu götürərək özgə əmlakını gizli yolla talayıb.

6 avqust 2021-ci ildə 1960-cı il təvəllüdlü Xanımqız Bədəlovanın Kürdəmir şəhəri, Soltan Şıxəliyev küçəsində yerləşən evində üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi faktı ilə bağlı Kürdəmir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaqın davam etdirilməsi Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.

Rayon polis şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Rəfael Cəfərəov Kürdəmir rayonu ərazisində saxlanılaraq istintaq orqanına təhvil verilib.

Rəfael Cəfərov Cinayət Məcəlləsinin 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) və 177.2.5-ci (zərərçəkmiş şəxsin üzərindən, cibindən, çantasından və ya digər əl yükündən çıxarılmaqla oğurluq) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda Baş Prokurorluğun İstintaq idarəsində cinayət işi üzrə intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
29 noy 2021, 18:28
Top