Deputat: "Bu məsələlərin həlli olmadan sülh müqaviləsi imzalana bilməz"

GÜNDƏM 04 noy 2021, 17:20
“Liderlərin görüşündə hansısa sənədin imzalanması daha çox Ermənistandan asılı olan məsələdir. Ermənistan birmənalı şəkildə prosesə hazır olmalıdır. Moskvada keçirilən görüşdə hansısa çərçivədə sənədin imzalanması mümkündür, lakin bunun üçün Ermənistan mövqeyini addımları ilə gücləndirməlidir”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib.

Deputat qeyd edib ki, iki tərəf arasında hansısa razılaşmanın olması üçün ilk növbədə Ermənistan yeni müsbət addımlarla çıxış etməlidir:

“Azərbaycan müharibənin bitməsindən keçən müddət ərzində sülh müqaviləsinə və proseslərə hazırlaşır. Bu məsələdə mövqeyimizi dəfələrlə müxtəlif müstəvilərdə bildirmişik. Ermənistandan asılı olan məsələlər qalmaqdadır. Ermənistan prosesə daha çox hazır olmalı və öz səylərini göstərməlidir. Ermənistan bildirdiyi kimi, bu prosesə və sülh müqaviləsinin imzalanmasına hazırdırsa, o zaman müqavilədən əvvəl həll olunmalı məsələlər gündəmə gəlir. Ermənistan da anlamalıdır ki, sülh müqaviləsinin imzalanması regionun təhlükəsizliyi demək olacaq. Ermənistan prosesə mane olmağa çalışsa, bu mərhələ daha uzun çəkə bilər.

Üçtərəfli görüşdə sənəd və ya bəyanat imzalana bilər, lakin unutmayaq ki, həll edilməsi lazım olan məsələlər qalmaqdadır. Bu məsələlərin həlli olmadan sülh müqaviləsi imzalana bilməz. Bu məsələlərin həlli isə birbaşa Ermənistandan və onun mövqeyindən asılıdır”.

Deputat Xankəndi və İrəvanda pulsuz Azərbaycan dili kurslarının başlamasına da münasibət bildirib:

“Bu, ermənilərin doğru və rasional ilk qərarlarından biridir. Görünür, ermənilər birgəyaşayış prosesinə hazırlaşırlar. Onların bundan başqa variantı yoxdur. Onlar başa düşürlər ki, gec və ya tez Azərbaycana inteqrasiya olunmalıdırlar. Lakin biz istənilən halda, Ermənistan tərəfinin hər bir addımına hazır olmalıyıq”.

Aygül Qarayeva
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top