Ərdoğan Qlobal Bakı Forumunun iştirakçılarına müraciət ünvanladı

XARİCİ SİYASƏT 04 noy 2021, 11:06
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən VIII Qlobal Bakı Forumunun iştirakçılarına müraciət ünvanlayıb.

Demokrat.az xəbər verir ki, müraciəti Türkiyənin sabiq baş naziri Binəli Yıldırım səsləndirib.

Onun sözlərinə görə, bu forum il yarım ərzində insanların həyatını zəhərləmiş pandemiyanın fəsadları ilə mübarizədə vacib addımdır.

“Hər birimiz pandemiyanın mümkün qədər tez başa çatmasını arzu edirik. Bu baxımdan, hazırkı forum xüsusi əhəmiyyət kəsb edir”, – müraciətdə deyilir.

“Təəssüf ki, xüsusilə də ÜST heç də bütün məqsədlərə çata bilməyib. Bəzi ölkələr pandemiya ilə mübarizə aparmaqla məşğul olduqları bir zamanda Azərbaycan kimi ölkələr digər ölkələrə yardım əlini uzadır. Əlbəttə ki, bütün ölkələrin pandemiya ilə mübarizədə bərabər imkanlara malik olmasını istərdik, lakin bir sıra ölkələr bu baxımdan geri qalır”, - müraciətdə diqqətə çatdırılır.

Türkiyə Prezidenti pandemiyanın ölkələrin iqtisadiyyatına güclü təsir göstərdiyini də vurğulayıb.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top