EBRD Azərbaycanın iqtisadi artımı ilə bağlı proqnozunu artırdı

MALİYYƏ 04 noy 2021, 11:19
Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) bu il və gələn il üçün ümumi daxili məhsul (ÜDM) istehsalı üzrə proqnozunu yaxşılaşdırıb.

Demokrat.az xəbər verir ki, bu barədə EBRD-nin “Regional Economic Prospekt” hesabatının noyabr sayında bildirilib.

Sənədə əsasən, bu il Azərbaycanın iqtisadi arımı 4 % olması gözlənilir ki, bu da bankın iyun proqnozu ilə müqayisədə 2 faiz bəndi çoxdur.

EBRD gələn il Azərbaycan iqtisadiyyatı ilə bağlı proqnozunu isə iyun ayı ilə müqayisədə 0,7 faiz bəndi yaxşılaşdıraraq 3,2 %-ə çatdırıb.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top