Rusiyada virusa yoluxmayla bağlı vəziyyət pik həddə çatdı

DÜNYA 31 okt 2021, 14:04
Rusiyada son sutka ərzində koronavirusa 40 993 yoluxma halı qeydə alınıb.

Bu  pandemiya dövründə qeydə alınan ən yüksək göstərici olub.

Məlumata əsasən, koronavirusa yoluxanların ümumi sayı 8 513 790 nəfərə çatıb.

Bildirilir ki, son sutka koronavirusdan 1 158 nəfər vəfat edib, 27 115 nəfər isə sağalıb. Hazırkı dövrədək koronavirusdan ölənlərin sayı 238 538, sağalanların sayı isə 7 358 539 nəfər təşkil edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top