“Məğlubiyyətin səbəbini kimlərinsə xəyanətində, “Bayraktar”da, Putində, Paşinyanda axtarırlar...”

SOSİAL MEDİA 30 okt 2021, 22:24
“Bu gün İrəvanda siyasi partiyalarin iştirakı ilə “İtirilmiş Qələbə: Xəyanət, yoxsa savadsızlıq” mövzulu müzakirələr keçirilir. Respublikaçı Partiyasının İdarə Heyəti üzvü Eduard Şarmazanov deyib ki, biz Azərbaycana məğlub ola bilməzdik, bizi ancaq “Bayraktar” uddu. Yəni, hələ də elə düşünürlər ki, onlar qələbə qazanmalı imişlər, lakin kimlərsə və nələrsə buna mane olub”.

Demokrat.az
xəbər verir ki, bu barədə iqtisadçı ekspert Natiq Cəfərli deyib.

O bildirib ki, son zamanlar Ermənistanda yeni hekayə quruculuğuna start verilib: “Məğlubiyyətin səbəbini özlərinin yüz ildən çoxdur ki, apardıqları mənasız, zərərli, işğalçı, miflərlə dolu davranış və siyasətlərində deyil, kimlərinsə xəyanətində, “Bayraktar”da, Putində, Paşinyanda axtarırlar. Onları məğlub edən qəhrəman Azərbaycan əsgəri, xalqın qələbə arzusu, istəyi və əzmi oldu. Növbəti mərhələdə isə hərbi qələbəni diplomatik, siyasi, iqtisadi və sosial üstünlüyə çevirməliyik. Bunun üçün bizə ən vacib olan element yeni mürəkkəb və effektiv idarəetmə modelidir. Zaman azdır, yaxın 2 ildə bu cür yeni sistem mütləq təsis edilməlidir”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top