Bakı metrosunda tüstülənmə oldu, qatarların hərəkəti məhdudlaşdırıldı

İNFRASTRUKTUR 30 okt 2021, 15:00
Bakı metrosunda qatarların hərəkəti bütün 2-ci xətt adlandırdığımız (Həzi Aslanov- 28 May) istiqamətdə müəyyən məhdudiyyətlər yarandığı üçün həmin sahə boyunca qatarların hərəkətinin tənzimləməsinə təsir göstərib.

Bu barədə Demokrat.az-a Bakı Metropolitenindən məlumat verilib.

Hazırda "Bakı Metropoliteni" problemin aradan qaldırılması üçün işləyir. Burda da, başlıca prinsip sərnişinlərin təhlükəsizliyini təmin etməkdir.

"Metropolitenin yaşıl və Qırmızı xətləri boyunca əsas istiqamətlər üzrə hərəkət intervalı mövcud qrafikə uyğun olaraq təmin edilib. Yeganə istisna "Cəfər Cabbarlı- Xətai" stansiyalarıdır", - qurumdan bildirilib.   

Bildirilib ki, metroya bomba qoyulması barədə yayılan məlumatlar tamami ilə yanlışdır: "Məsələ araşdırılır". 

X X X

Bakı metrosunun "28 May" stansiyasının giriş sahəsində tüstülənmə olub.


Bu barədə Demokrat.az-a Bakı Metropolitenindən məlumat verilib.

Bildirilib ki, bu səbəbdən qısa müddət ərzində yüksək gərginlik xətləri ayrılıb.

Məlumata görə, "Həzi Aslanov-28 May" istiqamətində qatarların hərəkəti məhdudlaşdırılıb.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top