“Azərbaycanlılar Basarkeçərdə olduqca əlverişli mövqelərdədir” — Şahnazaryan

REGİON 23 okt 2021, 21:28
“Siyasi qüvvələr və ekspertlər, mütəxəssislər həqiqəti ictimaiyyətə təqdim etməkdə, münaqişənin həll edilmədiyini, Azərbaycanın isə uzaq məqsədlərinin olduğunu söyləməkdə tərəddüd etməməlidir”.

Bunu erməni politoloq Hrant Melik-Şahnazaryan deyib.

Onun sözlərinə görə, azərbaycanlılar Basarkeçərdə olduqca əlverişli mövqelərdədirlər.

“Onlar Basarkeçərdə elə mövqələr ələ keçiriblər ki, oradan bir neçə saat ərzində Səlim dağ keçidini kəsmək və Zəngəzurun Ermənistanın bütün ərazisi ilə əlaqəsini neytrallaşdırmaq mümkündür. Bu problemlər həqiqətən də qlobal və uzağa gedəndir”, - deyə Şahnazaryan qeyd edib. (Ordu.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top