Bu məktəb də distant təhsilə keçdi

SOSİAL 22 okt 2021, 23:09
Azərbaycanda daha bir məktəbdə dərslər COVID-19-a görə dayandırılıb.

Oğuz rayonunun Bayan kənd tam orta məktəbi bu gündən distant təhsilə keçib.

APA xəbər verir ki, məktəbin 5 müəllimi və 21 şagirdində koronavirus aşkarlanıb. 

Oğuz Rayon Təhsil Şöbəsinin müdiri Anar Məcidov APA-ya bildirib ki, bu səbəbdən dərslər oktyabrın 22-dən iki həftə müddətində onlayın formada keçiriləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top