“Rusiya “3+3” mexanizminin tez işə salınmasının tərəfdarıdır”

REGİON 21 okt 2021, 20:11
“Rusiya bütün iştirakçıların maraqları naminə “3+3” regional mexanizminin mümkün qədər tez işə salınmasının tərəfdarıdır”.

Bunu Rusiya XİN nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinq zamanı deyib. 
 
“İnanırıq ki, bu, dövlətlərarası münasibətlərə inamı artırmağa, mövcud ziddiyyətləri həll etməyə və iqtisadi, nəqliyyat, humanitar potensialı ortaya qoymağa kömək edəcək”, -  deyə Zaxarova bildirib.

Onun sözlərinə görə, “3+3” mexanizminin yaradılması ideyası Azərbaycan və türkiyə prezidentləri tərəfindən irəli sürülüb, Rusiya da öz növbəsində bu təşəbbüsü dəstəkləyib. Zaxarova qeyd edib ki, Rusiya çoxtərəfli regional əməkdaşlığın inkişafının bu formatının bütün perspektiv iştirakçıların maraqlarına tamamilə cavab verdiyini düşünür.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top