Xaçmazda 8-ci sinif şagirdi nədən ölüb?— AÇIQLAMA

GÜNDƏM 21 okt 2021, 19:43
Xəbər verdiyimiz kimi, Xaçmaz rayonunda 13 yaşlı məktəbli vəfat edib.

Hadisə ilə bağlı TƏBİB-dən Bizim.Media-ya bildirilib ki, ilkin məlumata görə, məktəbli bir həftə temperaturu olduğu üçün müalicə olunub.
 
Bir həftədən sonra dərsə gəlib və bu gün qəflətən halı pisləşib.

Meyit tibbi ekspertizadan keçirilməsi üçün morqa aparılıb. Ölümün səbəbi ekspertizanın rəyindən sonra bilinəcək.

Qeyd edək ki, Xudat şəhəri, İbrahim Məlikov adına 5 nömrəli orta məktəbin 8-ci sinif şagirdi 2008-ci il təvəllüdlü Xədicə Rəcəbovanın oxuduğu məktəbdə ölməsi faktı ilə bağlı hazırda Xaçmaz Rayon Prokurorluğunda araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
30 noy 2021, 23:26
Top