Hacı Qalib Salahzadəni məhkəməyə verən şəxsdən şikayət var — FOTOLAR

GÜNDƏM 21 okt 2021, 12:21
Bir neçə ay əvvəl keçmiş deputat Hacı Qalib Salahzadəni məhkəməyə verən Seymur Quliyev onu təhdid edir. 

Demokrat.az
xəbər verir ki, bu barədə Seymur Quliyevin qohumu İlham Quliyev məlumat verib.
 
İ.Quliyev bildirib ki, Seymur Quliyev tərəfindən dəfələrlə döyülüb, evi əlindən alınıb. O, bununla bğlı hüquq-mühafizə orqanlarına da müraciət edib:

“O, dəfələrlə məni döydürüb, küçələrdə qalmışam. Birinci vitse-prezidentə, daxili işlər naziri Vilayət Eyvazova müracət etmişəm. O, mənə şər atıb, buna görə həbs edilmişəm. Buna baxmayaraq, o, öz qanunsuz əməllərini davam etdirir. Hətta keçmiş deputat Hacı Qalib Salahzadəyə şər atır, onu təhdid edir. Hələ də mənə qarşı hədələri davam etdirir. O, öz anasını dəlixanaya yerləşdirib. Bütün maddi imkanları ələ keçirib. Ondan dəfələrlə şikayət etmişəm, amma hər şikayətdən sonra mənə qarşı fiziki şiddət göstərib. Məsələnin birdəfəlik həll edilməsini istəyirəm”.

İlham Quliyev qeyd edib ki, S.Quliyev onu qeydiyyatdan silib, bütün haqlarından imtina etməyə məcbur edib, dəfələrlə ölümlə hədələyib. İ.Quliyev məsələnin hüquqi cəhətdən həll edilməsini istəyir.


No description available.
No description available.

Aygül
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top