Firuzə İbadova 32 kvadrat metrlik evdə yaşayır —VİDEO

MƏDƏNİYYƏT 19 okt 2021, 22:59

“İnsanların qarşısına gözəl libaslarda çıxmışam, gülmüşəm. Amma evə gələndə üzülürəm. Deyirəm ki, sənətimi bu balaca evə necə sığışdırıram?”

OLAY yazır ki, bu sözləri "Günün sədası" proqramına açıqlamasında Əməkdar artist Firuzə İbadova söyləyib. O, hazırda 32 kvadrat metrlik evdə yaşadığını, borclarının olduğunu qeyd edib: 

“Ailəmlə birgə 32 kvadrat metrlik evdə yaşayıram. 40 min manat borcum qalmışdı. Pandemiya başladı, qaytara bilmədim. Hətta indi də borcum var. Amma bilirsiniz ki, mən xalqımın şad günlərində böyük məbləğə oxumuram. Yıxılan kimi ayağa qalxıram. Çünki sənət adamları həmişə məğrur olurlar. Fikirləşirəm ki, mən dünyamı dəyişəndən sonra övladım və nəvəm necə olacaq?”
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top