Dilqəm Əsgərov 5 il 7 ay saxlanıldığı Şuşa türməsində — FOTOLAR

GÜNDƏM 18 okt 2021, 14:34
6 ilə yaxın erməni girovluğunda qalmış, ötən il - 44 günlük müharibədən sonra azadlığa qovuşmuş Dilqəm Əsgərov Şuşa şəhərini ziyarət edib.

Bu barədə Turkustan.az-a açıqlama verən D.Əsgərov bildirib ki, Şuşa şəhərində olmaq onun üçün xüsusi məna daşıyır. Çünki, məhz Şuşa türməsində girov saxlanılıb: "Məni tutanda bir ilə yaxın Xankəndində saxladılar. Sonra qondarma məhkəmə haqqımda "ömürlük həbs" cəzası verəndən sonra məni Şuşa türməsinə apardılar. 5 il 7 ay Şuşa türməsində saxlanıldım".

Heç zaman qələbəyə və azad olunacağına ümidini kəsmədiyini deyən D.Əsgərov Şuşaya səfəri zamanı saxlandığı Şuşa türməsinə də baş çəkib: "İçərisinə girmədim, amma həyətində oldum, çöldən baxdım".

D.Əsgərov işğaldan azad olunmuş ərazilərə səfərində Hadrutda, Cəbrayılda, Laçının Güləbird kəndində də olduğunu bildirdi.

No description available.No description available.

No description available.No description available.
No description available.No description available.No description available.No description available.No description available.No description available.No description available.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 apr 2024, 13:44
Top