Elmira Süleymanova hər restoranı bəyənmirmiş...— Sabiq nazirdən paylaşım

SOSİAL 17 okt 2021, 21:06
“Bir neçə il bundan əvvəl Ombudsman aparatının o vaxtkı rəhbəri Elmira xanım Süleymanova Avropa İnsan Haqları müvəkkillərinin görüşündə iştirak etmək məqsədi ilə Budapeştə gəlmişdi. Toplantı başa çatandan sonra onu ən yaxşı restoranlardan birinə - Budapeştin şəhər parkında, süni termal gölün kənarında yerləşən "Robinzon"a dəvət etdim. Qapıda menecer hörmətlə qarşıladı, ayrılmış masaya qədər müşayiət etdi. Ofisiant dərhal əmrimizə müntəzir dayandı. Elmira xanım isə ətrafa göz gəzdirib bir az da rişxəndlə "Даа, очень претенциозная столовая" -dedi.

Zarafata salıb onu xalqın arasında olmaq üçün belə yerə gətirdiyimi dedim. İçəridən isə bir az pərt oldum ki, qonağı mötəbər sayılan restorana dəvət edirəm, o da belə qiymət verir... Nə isə...”

“AzPolitika.info” xəbər verir ki, bu xatirələrini Azərbaycanın Xarici İşlər naziri və Macarıstandakı səfiri vəzifələrini daşımış Vilayət Quliyev özünün “feysbuk” səhifəsində paylaşıb.

Sabiq nazirin bu paylaşımından belə məlum olur ki, Elmira Süleymanova hər restoranı bəyənmirmiş və rişxəndlə "Даа, очень претенциозная столовая"(hə, çox iddialı yeməkxanadır) deyərək, kifayət qədər elitar restoranı “yeməkxana” adlandırması da bundan irəli gəlib.

Deməli ombudsmanımızın adətən nahar, yaxud şam etdiyi restoranlar bundan qat-qat bahalı və elitar olub. Belə görünür ki, insan haqları müvəkkilliyi, Azərbaycanın haqq səsinin dünyaya çatdırılması və birbaşa vəzifəsinə aid digər işlərdə çox yarıtmaz fəaliyyət göstərən Elmira xanım “kafe-restoran” məslələrindən daha yaxşı baş çıxarırmış. Yəqin müftə qrantlar və dövlətdən aldığı digər vəsaitlər hesabına gəzib dolaşdığı ölkələr, restoranlar və s. ilə müqayisədə doğrudan da Vilayət Quliyevin dəvət etdiyi məkan çox kasıb və zəif imiş...

Ümumiyyətlə, heç kimə sirr deyil ki, Azərbaycanda İnsan Haqları Müvəkkilliyi institutu yaranan gündən bu yana cəmiyyətimizin ombudsman sarıdan bəxti heç zaman gətirməyib. İnsan haqlarını qorumaq və digər faydalı fəaliyyətlər əvəzinə yaxşıca pul mənimsəmə maşınına çevrilən bu aparat uzun illər əsas etibarilə məddahlıq, saxtakarlıq və korrupsiya mənbəyi kimi tanınıb.

Elə yeni ombudsmanımızı da təəssüf ki, cəmiyyətimizdə çoxları insan haqları müdafiəçisindən daha çox Ramiz Mehdiyevin nəvəsinin məşhur hay-küylü toyundakı iştirakı və bunun ətrafında yaranan qalmaqalla tanıyır...

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top