Türklər olmasa İslam da qalmazdı — Həmid Herisçi

SOSİAL 17 okt 2021, 17:35
Mədəniyyət, təkcə elə humanitar məzmunlu olmur. Nümunə olaraq Türk mədəniyyətini gətirirəm. Türk mədəniyyəti farslardan, digərlərindən fərqli olaraq təkcə humanitar məzmunlu olmayıb. Türk mədəniyyəti daha çox hərbi məzmunludur.

Dünyada türklərdən başqa heç kim bu qədər qələbə əldə etməyib, dövlət qurmayıb. Türklər Pekini da fəth ediblər, Qahirəni də. Budapeşti də, Moskvanı da, İsfəhanı, Dehlini, Bizansı və s.i. Tehranı da dəfələrlə alıblar, elə Məşhədi, Bağdadı, Sofiyanı, Krımı... day haraları almayıblar ki...

Qısası saymaqla qurtarmaz. Saysız möhtəşəm qələbə sahibləri, yiyələridirlər.

Türklər olmasa İslam da qalmazdı. Bu, Allahın istəyi ilə baş tutub. Türklər ilk növbədə islam əskəri olublar.

Türklər islamı könüllü qəbul ediblər.

Qızılbaş döyüşçüləri hücuma "Ya Əli! Ya Hüseyn! Şahım, huuu, huuu" sədası ilə gedirdilər.

Bax bu "huuuuu" təkcə sufi çağrısı deyildi. "Huuuuu" həm də türklərin qurd harayına uyğun idi. Bu səsdə həm sufilik, islam, həm də qurd səsi birləşirdi.

Qısası türk nəfəsli, qurd nəfəsli islam sevgisi...

"Huuuu şahım, huuuuuu".
"UUUUUUUUUUUUUUUUUU

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
29 noy 2021, 18:28
Top