Nazir Balabəy Ağayevi təbrik etdi

SOSİAL MEDİA 17 okt 2021, 00:01
Gənclər və idman naziri Fərid Qayıbov Fransanın paytaxtı Parisdə keçirilən Böyük Dəbilqədə qızıl medal qazanan Azərbaycan cüdoçusu Balabəy Ağayevi təbrik edib.

Demokrat.az-ın məlumatına görə, nazir bu barədə feysbuk profilindəki paylaşımında bildirib.

Qayıbov 60 kq çəki dərəcəsində çempion olan idmançıya gələcək məşqlərində və uğurlu karyerasında yeni nailiyyətlər arzulayıb.

Nazir Balabəy Ağayevdən eyni nəticəni 2024-cü ildə Paris olimpiadasında da gözlədiklərini vurğulayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top