Eldar Həsənov xəstəxanaya yerləşdirildi

GÜNDƏM 15 okt 2021, 17:17
Sabiq baş prokuror və səfir Eldar Həsənov səhhətində yaranan problemlərə görə bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Hərbi Hospitalına köçürülüb.

Bu barədə E.Həsənovun vəkili Valeh Mehraliyev bildirib. Vəkil müdafiə etdiyi şəxsin hipertoniya və digər xəstəliklərdən əziyyət çəkdiyini qeyd edib.

Qeyd edək ki, E.Həsənovun cinayət işi üzrə bu gün keçirilməli olan məhkəmə prosesi təxirə salınıb.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top