Arif Məmmədova böyük etimad — Dünya çempionu yeni vəzifəyə seçildi (FOTO)

İDMAN 14 okt 2021, 15:33
Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın növbəti iclası keçirilib.

Demokrat.az
-ın xəbərinə görə, iclasda Şuraya idman üzrə yeni sədr müavini seçilib. 

Belə ki, reqlamentə edilən dəyişiklikdən sonra Dünya Müasir Döyüş Növləri Federasiyasının Avropa üzrə vitse-prezidenti, dünya və Avropa çempionu Arif Məmmədov tam səs çoxluğu ilə sədr müavini olub.

Bundan başqa, iclasda yeni İşçi Qrupları yaradılıb. "Gənclərin Töhfəsi" İctimai Birliyindən Asim Vəliyev gənclər üzrə İşçi Qrupunun rəhbəri təyin edilib. İdman üzrə İşçi Qrupuna rəhbərlik Elnur Alıyevə ("Ağsu" Futbol Klubu) həvalə olunub. 

Qeyd edək ki, İctimai Şuraya yeni sədr müavininin seçilməsi gündəliyə bundan əvvəlki iclasda salınmışdı. Bugünkü iclasın gündəliyinə daxil edilən digər məsələlər də öz həllini tapıb. 




Zamiq
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top