İtkin düşən daha bir hərbçimizin nəşi tapıldı

SOSİAL 13 oktyabr 2021, 18:48
Vətən Müharibəsində itkin düşən və axtarışları davam edən yeddi hərbçidən biri - Əliyev İxtiyar İlqar oğlunun nəşi tapılıb.

Bu barədə APA-ya onun qardaşı Vüqar Əliyev məlumat verib.

O bildirib ki, şəhid İxtiyar Əliyev sabah Goranboy rayonunda dəfn olunacaq.

Qeyd edək ki, şəhid hərbi qulluqçumuz Vətən müharibəsi zamanı oktyabrın 6-da Ağdərə rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub.

Allah rəhmət eləsin!
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 iyul 2025, 23:23
Top