6 terror ordusunun pulunu İran ödəyir — ŞOK FAKTLAR

DÜNYA 13 okt 2021, 12:58
Dünyanın fərqli yerlərində 6 terror ordusunun təchizat xərcləri və maaşları İran dövlətinin büdcəsindən ödənilir.

“Azad İran” Telegram kanalı xəbər verir ki, rəsmi Tehran İran xalqına 6 terror ordusu yaratdıqlarını və bununla fəxr etdiklərini söyləyirlər.

Bununla bağlı hazırlanan videoda “Sepah”ın yüksək rütbəli komandanlarından biri General Qasım Süleymani deyib ki, sizin üçün İrandan kənarda 6 ordu yaratmışam:

“Livanda “Hizbullah”, Fələstində “Həmas”, “İslami Cəhad” orduları, bir ordu Suriyada, İraqda “Həşd Şəbi”,Yəməndə “Ənsarullah (husilər) ordusu”.

Qeyd edək ki, bu ordulardan hər birindən yüzlərlə terrorçu çıxıb.

Alınan məlumata görə, bu kimi terror ordularının büdcəsi İran xalqının cibindən ödənilir.

Halbuki, İran rəsmiləri ölkədə iqtisadi böhranın yaranmasının səbəbinin Amerika sanksiyaları olduğunu iddia edirlər.(bizim.media)



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top