“Müstəqillik Günü haqqında” yeni qanun layihəsi II oxunuşda qəbul olundu — YENİLƏNİB

DAXİLİ SİYASƏT 12 okt 2021, 12:17
Milli Məclisin bu gün keçirilən plenar iclasında “Müstəqillik Günü haqqında” yeni qanun layihəsi II oxunuşda müzakirə olunub.

Demokrat.az
xəbər verir ki, layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq II oxunuşda qəbul edilib.

***11:37

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Müstəqillik Günü haqqında” yeni qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.


Demokrat.az xəbər verir ki, deputatlar layihə barədə fikirlərini bildirirlər.

Layihəyə əsasən, 28 May - Respublika Gününün adı dəyişdirilərək mayın 28-i Müstəqillik Günü, 18 Oktyabr - Dövlət Müstəqilliyi Gününün isə adı dəyişdirilərək oktyabrın 18-i Müstəqilliyin Bərpası Günü elan edilir.

Həmin günlər isə hər il bayram kimi qeyd olunacaq. Müstəqillik Günü qeyri-iş günü, Müstəqilliyin Bərpası Günü isə iş günü olan bayram sayılacaq.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top