Şeyx, akademik, professor Nobelə namizəd oldu

GÜNDƏM 11 okt 2021, 14:21
Bu il Azərbaycandan Nobel mükafatına namizəd göstərilən şəxslərin adı məlum olub.

Beynəlxalq İnformasiya Nobel Mərkəzi (BİNM) həqiqi üzvü, qurumun Qafqaz və Mərkəzi Asiya üzrə səlahiyyətli nümayəndəsi Bəybala Ələsgərov  Qaynarinfo-ya açıqlamasında bu il Azərbaycandan cəmi 3 namizədin təqdim olunduğunu bildirib. 

Professor Yaşar İbadov -  "YAY-OSİDO” İnnovasiya İnkişaf Mərkəzinin təsisçisi, professor və "Alternativ Psixologiya” elminin müəllifidir. 

Professor Hacı Allahşükür Paşazadə - Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəhbəri, bütün Qafqazın şeyxidir.

Akademik Adil Qəribov - Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində "Milli Nüvə Tədqiqatları Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinə sədridir.

Bəybala Ələsgərov  bildirib ki, Nobel Sülh mükafatına ekspert qrupu tərəfindən hər üçü namizəd kimi artıq təsdiqlənib.
 
Professor Yaşar İbadov Nobel Sülh mükafatına ilk dəfə namizədliyini verib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top