Rumıniya XİN: "Şirkətlərimiz Qarabağın bərpası prosesində iştirak etməkdə maraqlıdır"

QARABAĞ 11 okt 2021, 13:55
“Rumıniya şirkətləri Qarabağın bərpa və inkişaf prosesində iştirak etməyə dəvət olunarsa, bu, şübhəsiz ki, onlarda böyük maraq oyadacaq”.

Bunu “Report”un sorğusuna cavab olaraq Rumıniya Xarici İşlər Nazirliyindən bildiriblər.

“Əminik ki, Rumıniya şirkətlərinin Qarabağın bərpasında iştirakı mövzusu Azərbaycan ilə gələcək ikitərəfli təmaslarımızın gündəliyinə daxil ediləcək”, - Nazirlikdən deyiblər.

Rumıniya XİN həmçinin Qarabağın böyük potensiala malik olduğunu qeyd edib: “Azərbaycan hökumətinin bu istiqamətdə bərpa səylərini diqqətlə izləyirik. Bilirik ki, Azərbaycan hökuməti dəymiş zərərin və bərpa ehtiyaclarının kompleks qiymətləndirməsini aparır. Əldə edilmiş nəticələr son dərəcə faydalı olacaq”.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top