Azərbaycan cüdoçuları dünya çempionatını 2 medalla başa vurdu

İDMAN 09 okt 2021, 21:04
Azərbaycan cüdoçuları İtaliyanın Olbia şəhərində gənclər arasında keçirilən dünya çempionatında çıxışını başa vurub.

Demokrat.az xəbər verir ki, yarışın dördüncü günündə qadınların mübarizəsində Nərmin Əmirli qüvvəsini sınayıb. Lakin startdaca Kanada təmsilçisi Korali Qodbuta uduzan idmançı yarışla erkən vidalaşıb.

Beləliklə, Azərbaycan yığması dünya çempionatını 2 medalla başa vurub. Turan Bayramov (60 kq) gümüş, Elcan Hacıyev isə (81 kq) bürünc medal qazanıb.

Qeyd edək ki, yarışa oktyabrın 10-da yekun vurulacaq.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top