Minsk Qrupu erməni hərbçinin azad edilməsini alqışladı

GÜNDƏM 08 okt 2021, 21:57
ATƏT-in Minsk Qrupunun həmsədrləri ABŞ-dan Endryu Şafer, Fransadan Stefan Viskonti və Rusiyadan İqor Xovayev Azərbaycan və Ermənistan arasında razılaşmalara dair bəyanat yayıblar.
 
Bəyanatda bildirilir ki, həmsədrlər 7 və 8 oktyabr tarixlərində Cenevrədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi və Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) vitse-prezidenti Qilles Karbonnierlə məsləhətləşmələr aparıblar. Görüşlərdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak edib.
 
BMT Baş Assambleyasının iclası gedişində Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında son konstruktiv görüşə diqqət çəkən həmsədrlər Azərbaycanın erməni hərbçisini azad etməsini alqışlayıblar. Həmçinin mümkün deeskalasiya və məhbuslar, itkin düşmüş şəxslər, eləcə də bütün köçkünlərin könüllü olaraq geri qaytarılması istiqamətində humanitar tədbirlər müzakirə edilib.
 
Həmsədrlər razılaşma sahələrini tapmaq üçün tərəflərlə işləməyə davam etmək niyyətlərini vurğulayıblar.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
16 apr 2024, 09:22
Top