Natiq Məmmədlinin "Sev” romanının imza günü olacaq


ƏDƏBİYYAT 08 okt 2021, 13:07
Yazıçı-jurnalist Natiq Məmmədli Azərbaycanda oxunan və tanınan simadır. Jurnalist kimi fəailiyyətini qeyd etməyəcəm. Bu gün Naqiq Məmmədlinin yazıçı kimi sizə təqdim etmək istəyirəm.

İndiyə qədər bir çox roman, hekayə toplusundan ibarət kitabı nəşr edilən yazıçının növbəti əsəri sabah oktyabrın 9-da Bakı Ekspo Mərkəzində təqdim ediləcək. Sevimli yazar, Sevilən jurnalist kimi hamının hörmət və diqqətini qazanmış Natiq Məmmədlinin növbəti romanının adı da “Sev” dir. Sevgi qazanmaq və Sevgidən yazmaq və başlıcası Sevmək heç də hər yazıçıya qismət olmayıb. Çoxları Sevə bilər, Sevgidən məst ola bilər, amma “Sev”gini məhəbbət romanına çevirmək hər Sevənə qismət olmayıb. Yazıçı Natiq Məmmədli öz “Sev”gisi məhbbət romanına çevirən Məcnundur: “Sev” – məhəbbət romanıdır. Əsər günahları yalnız bir-birini sevmək olan, iki fərqli dinə məxsus gəncin məhəbbətləri yolunda mübarizəsindən, hiss və həyəcanlarından bəhs edir. Bu həm də əfsanəvi məhəbbət aşiqi Sarı Aşığın kitabıdır. Aşığın bərpa olunan gerçək dastanı əsərin ruhuna hopur. Romanın bütün sətirlərindən Sakura ətri gəlir. Onu yalnız sevənlər duya biləcək.Hadisələr dünyanın müxtəlif yerlərində, fərqli zamanlarda cərəyan etsə də, sevənlər Odlar Yurduna doğru can atır.



“Sev” Azərbaycanı dünyaya nişan verən romandır”.

Sabah saat 11 00-da Bakı Ekspo Mərkəzində yazıçı Natiq Məmmədli öz “Sev”gisinə imza atıb sizlərə təqdim edəcək.

Sabah yazıçı Natiq Məmmədli bütün sevənləri öz “Sev”gi guşəsində gözləyəcək.

Şöhrət El-Dəniz
Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top