Ukraynalı deputatın meyiti tapıldı

DÜNYA 08 okt 2021, 10:40
Ukrayna parlamentinin deputatı, “Gələcək uğrunda” fraksiyasının üzvü, 33 yaşlı Anton Polyakovun meyiti Kiyevin Dnepropetrovsk rayonunda aşkar edilib.

“Report” UNN-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna parlamentinin oktyabrın 7-də istefaya göndərilən sədri Dmtri Pazumkov sosial şəbəkədə yazıb.

Məlumata görə, hadisə ilə bağlı araşdırma aparılır, cinayət işi başlanılıb.

Deputatın qətl edildiyi ehtimal olunur.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top