Paşinyan: "Danışıqların məzmununu açsaydım, beynəlxalq skandal baş verərdi"

REGİON 07 okt 2021, 15:00
Ermənistanın Baş naziri yeni açıqlamaları ilə gündəmə gəlib.
 
"Mən 2018-ci ildə Qarabağ danışıqlarının məzmununu açıqlaya və məsələnin bizim Azərbaycana 7 rayon qaytarmalı olduğumuz məqama çatdığını xəbər verə bilərdim”.
 
"Novosti-Armeniya"nın məlumatına görə, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdəki çıxışı zamanı müxalif "Hayastan” blokundan olan deputat Aqnesa Hamoyanın sualına cavab verərkən deyib.
 
Baş nazir bildirib ki, bu danışıqların məzmununa əsasən, azərbaycanlılar Şuşaya, həmçinin Qarabağın digər yaşayış məntəqələrinə qayıtmalıydılar. "Mən niyə bunu etmədim? Çünki danışıqlar prosesinin məzmunun açıqlanması beynəlxalq skandala və onsuz da gərgin olan vəziyyətin daha da gərginləşməsinə səbəb olardı. İkincisi, elə təəssürat yaranardı ki, guya mən mübarizədən imtina etmək üçün sadəcə bəhanə axtarıram”, - deyə Paşinyan bildirib.
 
Onun sözlərinə görə, bu halda nəticələr daha acınacaqlı ola bilərdi.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top