ABŞ-ın Apeks şəhər meri Azərbaycanın Müstəqillik Günü ilə əlaqədar Bəyannamə imzaladı — FOTOLAR

XARİCİ SİYASƏT 07 okt 2021, 08:43
ABŞ-ın Şimali Karolina ştatının Apeks şəhərinin meri Jak Jilber 18 oktyabr Azərbaycanın Müstəqillik Günü ilə əlaqədar Bəyannamə imzalayıb.

“Report”un yerli bürosu xəbər verir ki, şəhər meri Bəyannaməni “Azərbaycan Dostluq Təşkilatı”nın rəhbəri, İnformasiya Texnologiyaları üzrə elmlər doktoru Adika İqbala təqdim edib.

A.İqbal “Report”a müsahibəsində deyib ki, J.Jilber Azərbaycan xalqını və Şimali Karolina ştatında yaşayan həmvətənlərimizi təbrik edib, Apeks şəhərində onlara ev sahibliyi etməkdən qürur duyduğunu deyib: “Apeks şəhərinin meri J.Jilber Azərbaycanı çox sevir. Onun bu addımı icmamıza olan diqqət və qayğının təzahürüdür. Biz də öz növbəmizdə şəhər merinə təşəkkür etdik”.




Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top