Üçüncü doza vurulmalıdır, çünki... — HƏKİM AÇIQLADI

SOSİAL 06 okt 2021, 21:41
"Yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma dinamikası müsbətə doğrudur, ölkədə gündəlik yoluxma faizində azalma müşahidə olunur. Nəzərə almaq lazımdır ki, ciddi karantin qaydaları və böyükmiqyaslı məhdudiyyətlər ləğv olunub. Vaksinasiya prosesi davam etdirilir, amma burada peyvənd vurduranların sayı və vaxt çox önəmlidir. Məsələn, 8 ay əvvəl vaksin olunmuş vətəndaşların immuniteti artıq azalmağa doğru gedir. Yəni ölkədəki ümumi vaksinləşmə göstəricisi vətəndaşları arxayınlaşdırmamalıdır".

Bu sözləri  TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva deyib.

Həkim bildirib ki, pandemiya ilə effektiv mübarizə aparmaq üçün əhalinin 70-80 faizi peyvəndlənməlidir:

“Müsbət dinamikadan asılı olmayaraq, bu gün vətəndaşlar şəxsi gigiyena və respirator xəstəliklərdən qorunma qaydalarına ciddi əməl etməli və vaksinasiya prosesində iştirak etməlidirlər. İki doza peyvənd almış vətəndaşlardan 3-cü dozanın şərtlərinə uyğun gələnlər qüvvətləndirici peyvənd dozasını qəbul etməlidirlər.
Digər virus infeksiyaları dedikdə mövsümlə əlaqədar olaraq respirator, yəni yuxarı və aşağı tənəffüs yollarının infeksion xəstəlikləri nəzərdə tutulur. Həmin xəstəliklərin, demək olar ki, əksəriyyətinin əlamətləri bənzərdir. Yüksək qızdırma, kataral əlamətlər başlıca simptomlardandır.

Bu əlamətləri hiss etdikdə vətəndaş izolyasiya olunmalı və xəstəliyinin identifikasiyası üçün müvafiq həkimə müraciət etməlidir. Eyni zamanda, məktəblərin başlanması ilə əlaqədar olaraq bir məsələnin də aktuallığına diqqət çəkmək istəyirəm. Məktəbyaşlı uşaqlar arasında payız-qız aylarında bu və ya digər virus infeksiyaları sürətli yayılır. Valideynlərdən bu dövrdə həm övladlarının, həm də digər şagirdlərin səhhətinə həssas yanaşmağı, uşaqlarda əlamətlər hiss olunan zaman onları dərsə buraxmamağı xahiş edirik”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top